2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Ukraynada 'Qolodomor' qurbanları anılır

Noyabrın 27-də Ukraynada “Qolodomor” qurbanlarının xatirəsi yad edilir.

Ukraynalılar 1932-33-cü illərdə Qolodomorda həlak olanların xatirəsini ümummilli sükut dəqiqəsinə qoşulmaq və şam yandırmaqla yad edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-leytenant Valeri Zalujnı bir gün əvvəlki müraciətində hərbçilərin “Xatirə şamını yandırmaq” ümumxalq aksiyasına qoşulacağını bildirib.

“Noyabrın 27-də saat 16.00-da səngərlərdə və qərargahlarda, gəmilərdə və qırıcılarda Ukrayna hərbçiləri “Yaddaş şamını yandır” ümummilli aksiyasına qoşulacaqlar”, – Zalujnı bildirib.

Bu günlə bağlı Ukraynanın İnsan Haqaları müvəkkili -Ombudsman Lyudmila Denisova da Facebook-da paylaşım edib.

“Milyonlarla günahsız qurbanlar insan hüquq və azadlıqlarına xor baxan rejimlər üçün təhlükənin daim xatırladılmasıdır. Totalitar kommunist hökuməti qəsdən bəşəriyyətə qarşı cinayət törətmiş və ukraynalıları bir millət kimi məhv etməyə, dilimizi, mədəniyyətimizi kökündən silməyə çalışmışdır. Bu gün Ukrayna növbəti dəfə Ukraynanın müstəqilliyini məhv etmək cəhdləri ilə mübarizə aparır: hərbi təcavüz və suveren dövlətin ərazisinin böyük hissəsinin işğalı”, – Ombudsman Facebook-da yazıb.

“Azad xalqlarımızı təkcə Qolodomor zamanı həlak olanların xatirəsi deyil, həm də bu cür qeyri-insaniliyin təkrarlanmasının qarşısını almaq üçün ümumi əzm birləşdirir”, – ABŞ-ın müvəqqəti işlər vəkili Kristina Kuinn bildirib.

Ukraynada Qolodomor qurbanlarının xatirəsi hər il noyabrın dördüncü şənbə günü yad edilir.

2006-cı ilin noyabrında Ukrayna Ali Radası 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Ukrayna ilə Amerika alimlərinin birgə hesabatlarına görə, 1932-ci ildən 1934-cü ilə kimi Ukraynada süni yaradılmış aclıq nəticəsində 4 milyona yaxın ukraynalı ölüb. Bu da əhalinin ümumi sayının 13 faizi qədərdir.

Bəzi araşdırmaçılar bu sayın qat-qat çox olduğunu bildirir. Hesab edilir ki, 10 milyondan çox insan edam, aclıq, deportasiya nəticəsində həlak olub.

Həmin illərdə Sovet lideri Stalin-in apardığı kolxozlaşma siyasəti nəticəsində kəndlilərin çörəkləri və ərzaqları əllərindən alınıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button