2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukraynada silah çatışmazlığı var və bu Putinə sərf edir – ABŞ prezidenti

Çərşənbə axşamı Bayden Administrasiyası “Konqresin hərəkətsizliyi ilə əlaqədar” Ukraynanın artıq döyüş meydanında qüvvə çatışmazlığı ilə üzləşdiyi barədə xəbərdarlıq edib, bu barədə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

“Biz döyüş meydanında silah-sursatın tükəndiyini görürük və bu, Ukrayna SQ-nin döyüş qabiliyyətinə təsir edir”, deyə Miller brifinqdə Turan-ın suallarına cavabda bildirib.

Eyni zamanda, o, ABŞ-ın Ukrayna hərbiçilərinin cəsarətini, nümayiş etdirdikləri ustalığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Millerin şərhləri prezident Baydenin Nümayəndələr Palatasının respublikaçılarına Ukrayna, İsrail və Tayvana 95,3 milyard dollar məbləğində yardım paketini təcili səsverməyə çıxarmaq xahişi ilə müraciət etdiyi, qanun layihəsini qəbul etməkdən imtinanın “Putinə sərf edəcəyi” haqqında xəbərdarlıq etdiyi bir vaxtda səslənib. 

Bayden həmçinin ötən həftə Rusiyanın müdafiə üçün kifayət qədər vəsait ayırmayan NATO ölkələri ilə istədiyini etməsinə imkan verəcəyini bəyan edən keçmiş prezident Donald Trampı tənqid edib.

“Amerika söz verəndə, bunun bir mənası var”, deyə Bayden bildirib. “…Tariximizdə başqa heç bir prezident Rusiya diktatoru qarşısında baş əyməyib. Bu, utancverici və təhlükəlidir. Bu, Amerikaya yaraşmır. Biz üzərimizə öhdəlik götürəndə onları yerinə yetiririk, NATO isə müqəddəs öhdəlikdir”, deyə Bayden qeyd edib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button