Loading...
Loading...
Dünya

Ukraynanın cənubdakı hücumu ‘mərhələli olacaq’

Təhlilçi Ukraynanın yavaş və mərhələli şəkildə hücuma keçəcəyini təxmin edir

Kiyevin Ukraynanın cənubunda uzun müddətdir müzakirə səbəb olan əks-hücum əməliyyatı davam edir və artıq məhdud irəliləyişlər əldə edilib. Bu əməliyyatla bağlı indiyə kimi ictimaiyyətə açıqlama verilməyib. Amma rəsmilərin ilkin şərhləri Ukraynanın Xersona doğru irəliləməsinə işarədir.

Avstraliya Ordusunun istefada olan general-mayoru Mik Rayan AzadAvropa/AzadlıqRadiosuna müsahibəsində Ukraynanın yavaş və mərhələli şəkildə hücuma keçəcəyini təxmin edir.

Xerson Rusiyanın fevraldakı hücumundan sonra ələ keçirdiyi ilk böyük şəhər idi və Kremlin ilhaq etdiyi Krımı Rusiya ilə birləşdirən strateji quru yol ilə təmin edir. Ukraynanın sahilə doğru uğurla irəliləsə, bu, Qara dəniz boyunca daşıma yollarında məhdudiyyətləri aradan qaldıraraq Kiyevin gələcək iqtisadi imkanlarını artıracaq. Həmçinin Krıma yeni hərbi təzyiqə səbəb olacaq.

Ukrayna qüvvələrinin Xersona doğru irəliləməsi müharibənin gedişinə necə təsir edəcək? Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı olan Rayan AzadlıqRadiosunun bu sualına cavabında deyib ki, hazırkı əməliyyat “böyük genişmiqyaslı hücum” forması almır, bunun əvəzinə çoxmərhələli strategiya olacaq.

“Düşünürəm ki, bu hərbi əməliyyatlar hələ ki başlanğıcdır. Böyük əməliyyatların başlanğıcı çoxlu müxtəlif hücumlardan və dəstəkləyici fəaliyyətlərdən ibarət olur. İndi dəqiq söz demək düzgün olmaz. Ukraynanın əsl məqsədlərinin dəqiq nə olduğu və niyyətlərinə necə çatacağı yəqin ki, hələ bir müddət aydın olmayacaq. Bu formula Ukrayna əməliyyat təhlükəsizliyini də əlavə etsəniz, düşünürəm ki, biz hələ bir müddət əslində nə baş verdiyini bilməyəcəyik”, – o deyib.

Təhlilçi az təlim görmüş şəxslərin döyüş zonasına təsiri haqda deyir ki, hər iki tərəf hərbi təlimləri, döyüş hazırlıqlarını məhdudlaşdırmağa məcbur olub.

“Biz müharibə boyu ukraynalıların cəmi bir neçə günlük təlim keçdiklərini də görmüşük. Rusiyada isə əsgərləri digərləri ilə dəyişmək, əvəzləmək problemi yaranmışdı. Onlar Rusiyada əhalini səfərbər etməyiblər və açıq şəkildə əsgər toplamaqda çox çətinlik çəkirlər. Rusiyalılar üçün bu çətinliyin aradan qalxacağına heç bir işarət yoxdur. Hazırda görürük ki, geri qayıdan insanların çoxu Ukraynadakı xidmət müddəti bitdikdən sonra hərbi xidmətə qayıtmır və Rusiya rəsmiləri məhz bu səbəbdən öz əsgərlərini Ukraynada mümkün qədər uzun müddətə saxlamağa çalışırlar”, – o deyib.

Gözdən qaçırmayın:  Trass Britaniyanın yeni baş naziridir

Rayan vurğulayıb ki, Rusiyada canlı qüvvəylə bağlı problemlərə baxmayaraq, düşünürlər ki, Qərbdə, xüsusən də Avropada ictimaiyyət çox yüksək enerji qiymətləriinflyasiya ilə barışmayacaq. Bu isə Fransa və Almaniya kimi ölkələrin siyasi liderlərini ukraynalılara təzyiq göstərməyə və onları danışıqlar masasına gətirməyə məcbur edəcək. Ancaq təhlilçi bunun baş verəcəyini gözləmədiyini deyir: “Ukraynalılar danışıq aparmaq əhvalında deyillər, rusiyalılar Ukraynadan tam çəkilməyincə danışıq aparmaları üçün heç bir səbəb də yoxdur”.

24 saat” “
Ukraynanın cənubdakı hücumu ‘mərhələli olacaq’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button