2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynanın şərqi Toretsk şəhərində altı dinc sakin öldürülüb

30 min əhalisi olan Toretsk sənaye şərqində Ukraynanın nəzarətində qalan son şəhərlərdən biri – Kramatorskdan 50 km cənubda yerləşir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya ordusunun Ukraynanın şərqindəki Toretsk şəhərini atəşə tutması nəticəsində altı nəfər həlak olub. Məlumatı Ukrayna fövqəladə xidmət rəsmiləri iyulun 18-də yayıb.

“Səhər tezdən Toretsk atəşə tutulub. İçində adamlar yaşayan ikimərtəbəli bina dağılıb”, – Ukrayna Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti sosial mediada yaydığı bəyanatda bildirib.

Kramatorskdan 50 km cənubda

“Xilasedicilər beş nəfərin meyitini aşkarlayıblar. Üç nəfər xilas edilib, onlardan biri xəstəxanada keçinib”, – bəyanatda vurğulanır.

Hadisə yerində işləyən xilasedicilərin fotoları sosial mediada yayılıb. Xilasetmə işlərinin bitdiyi bildirilir.

30 min əhalisi olan Toretsk sənaye şərqində Ukraynanın nəzarətində qalan son şəhərlərdən biri – Kramatorskdan 50 km cənubda yerləşir.

Ukrayna ordusu iyulun 17-də bildirib ki, Rusiya Ukraynada hücumun növbəti mərhələsinə hazırlaşır, Moskva hərbi əməliyyatları gücləndirmək göstərişi verib. Əsas məqsəd isə Donbas sənaye regionundakı Donetsk və Luqansk vilayətlərini tam ələ keçirməkdir. Ukraynanın mərkəzində, şimal-şərqində və cənubunda da hücumlar həyata keçirilir.

Cəbhə xətti boyunca fəallaşma

“Təkcə havadan və də dənizdən raket zərbələri endirilmir. Bütünlükdə cəbhə xətti atəşə tutulur. Taktiki aviasiya və döyüş vertolyotlarından fəal istifadə olunur”, – Ukrayna hərbi kəşfiyyatının sözçüsü Vadim Skibitski deyib.

“Düşmən bütünlükdə cəbhə xəttində fəallaşıb… Hücumun növbəti mərhələsinə hazırlığın getdiyi aşkardır”, – o, sözlərinə əlavə edib.

Kiyev son günlər bəyan edirdi ki, özəlliklə cənub hissədə əraziləri geri almaq üçün nəhəng əkshücuma hazırlaşır.

Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

24 saat” “
Ukraynanın şərqi Toretsk şəhərində altı dinc sakin öldürülüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button