Loading...
Loading...
Dünya

Ukraynanın sabiq prezidentinə 13 il iş kəsildi

3 maddə üzrə təqsirləndirilən Yanukoviçə qiyabı hökm çıxarılıb

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç (Viktor Yanukovych) vətənə xəyanətdə, ölkə sərhədlərinin dəyişdirilməsi cəhdi ilə əlbirlikdə, müharibə aparmaqda təqsirli bilinib və 13 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm oxunub. Hökm qiyabi çıxarılıb. Çünki keçmiş prezident ölkədə yoxdur. Onun hazırda Rusiyada olduğu güman edilir.

Azadlıq Radiosunun məlumatına görə, yanvarın 24-də Kiyev Obolonski Məhkəməsi bununla bağlı hökm çıxarıb. Hökmü oxuyan hakim Vladislav Devyatko deyib ki, Yanukoviç Rusiya prezidenti Vladimir Putini Ukraynaya qoşun yeritməyə çağırmaqda təqsirli bilinir.

Keçmiş prezident üç maddə üzrə ittiham olunurdu – vətənə xəyanət, müharibə aparmaqda əlbirlik, ölkənin ərazi bütövlüyünə qəsddə əlbirlik. Bu halların insan ölümlərinə, digər ağır fəsadlara səbəb olduğu bildirilirdi.

İttiham tərəfi müttəhimə 15 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Keçmiş prezident cinayət işini siyasi motivli sayır.

O, 2014-cü ilin fevralında Maydan hərəkatı nəticəsində devrilib. Rusiya martda Ukraynanın Krım vilayətini ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə 10 min 300-dən çox adam həlak olub.

az24saat.org

Gözdən qaçırmayın:  NATO xarici işlər nazirləri cümə günü Ukrayna ilə bağlı təcili toplantı keçirəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button