2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Unibank”ın tutdurduğu bankirin anasından sərt – Açıqlamalar

“Unibank”ın əməkdaşı Ağayev Sahib Qüdrət oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib. Anası Bəsti Ağayeva 24saat.org-a bildirib ki, bu işdə müstəntiq Rəşad Məmmədovun və Ağır Cinayətlər məhkəməsinin hakimi Rauf Əliyevin qanunsuz qərarı olub.

Onun sözlərinə görə, mülki işi ağır cinayət kimi təqdim ediblər.: “Apellyasiya məhkəməsində hakim Həsən Əhmədov Rauf Əliyevin çıxartdığı qərarı araşdırmadan qanunsuz şəkildə qüvvədə saxladı.

Nəhayət Ali Məhkəmənin ədalətli hakimi İlham Cəfərov cənabları işi mükəmməl araşdırdı və 8 ili ləğv edib apellyasiyaya yenidən araşdırmağa göndərdi. Qərardadda isə bu işin mülki xarakter daşıdığını qeyd etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Apellyasiya məhkəməsinin hakimi hörmətli Faiq Qasımov işi möhtərəm prezidentimizin imzaladığı qanunlara əsaslanaraq 15.01.2015-ci ildə Unibankın şikayətini və prokurorların qeyd etdyi maddələri ləğv edib Ağayev Sahib Qüdrət oğluna bəraət verdilər”.

Bankirin anası bildirib ki, bu yolda ona dəstək olan vəkillərə – Telman Qasımov və Adəm Məmmədova öz dərin minnətdarlığını bildirir: “Eyni zamanda Atv kanalı Ağayev Sahib Qüdrət oğlunun bəraət alma hökmünü İsti izlər verilişində işıqlandırdıqlarına görə öz minnətdarlığımı bildirirəm.

Lakin bəzi adlarını çəkdiyim məmurlar qanunsuz çıxardıqlarıı qərardan ehtiyatlanaraq ali məhkəməyə protest verdirdilər.
Bu dəfə prokuror Rizvan Şammədovun adı ilə. Ali məhkəmədə hakim Fərhat Kərimov işi araşdırmadan bəraət hökmünü ləğv edib Apellyasiya məhkəməsində yenidən araşdırmağa göndərdi.

Bu proses davam etdi. Qədim Babayev (hakim) bəraətimizi qüvvəyə mindirmədi. Unibankla prokurorun protestini ləğv edib oğluma 1500 manat cərimə kəsdi.

Bununla da məmurlar razılaşmadı, yenidən Ali Məhkəməyə protest verdilər. Ali Məhkəmənin hakimi İnqilab Nəsirov məhkəmə prosesində öz heyətini təqdim etdikdən sonra söylədi ki, Sahib də şikayət ərizəsi verib?

Fikir verin: deməli, prokurorlarla Unibankın şikayət ərizəsi oxunub, lakin Ağayev Sahib Qüdrət oğlunun ərizəsi oxunmayıb. Çünki Sahib adi bir vətəndaşdır, onlar isə məmurdurlar.

Cənab İlham Heydər oğlu Əliyevin imzaladığı qanunlara riyaət etməyərək bəzi məmurlar qanundan kənar qərarlar verməkdə davam edirlər.
Anası deyib ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb, bu sahədə bacarıqlı mütəxəssis olub: “Hər kəsin pula ehtiyacı olur. Bir neçə yaxın qohum və tanışlarımız danışıb qərara gəldilər ki, bankdan kredit götürüb oğlum Sahibə versinlər.
Həmin kreditlərin ödənilməsini isə Sahib şifahi razılığa əsasən öz öhdəsinə götürüb. Bu minvalla bankdan götürülən 54 min manat pulun 42 min manatını Sahib cədvəl üzrə banka ödəyib.

Amma görünür, bank rəhbərliyini Sahibin işlədiyi bankdan qohum-tanışlarının bu qədər pul götürüb ona verməsi razı salmayıb. Baxmayaraq ki, oğlum götürülən kreditlərin çox hissəsini vaxtlı-vaxtında ödəyib.

“Unibank” KB ASC-nin müşahidə şurasının sədri Eldar Qəribov qərara gəlib ki, Sahib kimi mütəxəsis bankda artıq adamdır. Ona görə də təcili olaraq belə məsələlərdə əlbir işlədiyi hüquq-mühafizə orqanlarına Sahibin həbsi üçün müraciət edib”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button