2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Unudulmuş Aprel şəhidlərin ölkəsinə ədalət gələcək?

Yəqin ki, çinlilərin bu məşhur atalar sözünü bilirsiniz: “Kral yaxşıdırsa, qanuna gərək yoxdur, kral pisdirsə, qanunun edə biləcəyi bir şey yoxdur.”  İndi biz də bənzər durumdayıq, hələ bəlkə də, daha betər durumda. Artıq bu ölkədə qanunun edə biləcəyi bir şey qalmayıb. Ən ironik gerçəyi də gördük. Xalqın mitinqinə də icazə verilmədi. İndi, gəl, bu ölkədə hüququn tərifini ver, görüm, necə verirsən! Əlbəttə, daha buralarda qanun şah sayıla bilməz. Hamı bilir ki, başdakılar illərdir o qanun kitabını istədikləri kimi yazır, istədikləri kimi pozurlar, Aprel şəhidlərini yada salan yox, koronavirus fondundan pullar oğurlanır və s. İllərdir qanunun başına açmadıqları oyun qalmayıb. Biçarə kitabı o kökə salıblar ki, bunlar onunla deyil, o, bunlarla ayaqlaşmaq zorunda. Kimdir onun diktəsi ilə addım ölçən?!

Saytların yığılması Saytlarin yigilmasi

Ölkənin durumu gündən-günə qorxunc şəkil alır. İnsanlar da çarəsiz halda qanun axtara-axtara gəzir.  Onu tapmağın müşkül məsələ olduğunu bilə-bilə gəzir elə. Qanun və ya onun rolunu oynayan şəxs kimsəni eşitmir. Anlaşılan o ki, heç eşitmək də istəmir. İnsanlar yaşayışın ağırlığından, işsizlikdən, qiymətlərdən, banklardan, məmur qudurğanlığından, məhkəmələrdən şikayət edir. İnsanlar bu məşəqqətli duruma əl qoyulmasını, çözüm tapılmasını istəyir. İnsanlar qanuna güvənmək, normal bir işdə çalışmaq, ailəsini dolandırmaq, bir insan olaraq hüquqlarına sayğı görmək istəyir. Amma onu dinləyən, haqqına hörmət göstərən, giley-güzarına məhəl qoyan yoxdur.  İllərdir ölkədə ədaləti “gördüm” deyən olmayıb. İnsanların şikayəti ünvanına çatmır, çünki onların dərdi səlahiyyətli kimsənin vecinə deyil. Bəlkə İlham Əliyevin “dərin islahatlar” ili çərçivəsində ədalət nəzərdə tutulub?

Bu ölkəyə ədalət nə zaman gələcək? Ümumiyyətlə, gələcəkmi? Çox çətin sualdır. Nədən? O üzdən ki, bir ölkəyə ədalətin gəlməsi ilk növbədə  o ölkənin başçısından asılıdır. Bizdə heç normal başcı da yoxdur. Adam bilmir kim rəhbərlik edir bu dövlətə ər İlham ya da xanımı Mehriban. Zamanında dünyanın ən adil dövlət başçılarından sayılan Sasani hökmdarı Nuşirəvanla bağlı belə bir hekayət var. Hökmdar  ov üçün keç getdiyi bir kənddə düşüb su içmək istəyir. Döydüyü ilk qapıdan bir qız çıxır. Qız su üçün evə qayıdır,  bir şəkər qamışını sıxır, su ilə qarışdırıb hökmdara verir. Hökmdar içində toz-torpaq olan suyu yavaş-yavaş içir.  “Gözəl və şirin su idi, amma içində toz-torpaq olmasaydı…” deyir. Qız: “Tozu bilərəkdən qatdım”- deyir. Hökmdar: “Niyə?” soruşur.  “Çox susadığınızı gördüm, qorxdum ki, birdən içsəniz, zərər verər.” Hökmdar: “Suya neçə  şəkər qamışı sıxdın deyir?” Qız bir qamış sıxdığını deyir… Nuşirəvan  sarayına qayıdandan sonra o yerin vergi qeydlərini soruşur. Vergilərin az olduğunu görür, dərəcəsini artırmağı tapşırır. Bir müddət sonra təkbaşına yenə o kəndə gedir. Eyni qapıda dayanır. Qapını yenə həmin qız açır. Qonağı tanıyır, tez su gətirmək üçün evə girir. Amma bu dəfə su gecikir. Hökmdar: “Çox gecikdin”- deyir. Qız: “Sizin ehtiyacınız bir qamışdan çıxmadı. Üç parça qamışı sıxmağa məcbur oldum”- deyə cavab verir. “Bunun səbəbi nədir?” soruşur hökmdar. Ağıllı qız deyir: “Sultanın niyyətinin pisləşməsindəndir. Biz eşitmişik ki, sultanın  xalqına qarşı niyyəti dəyişdikdə, məhsulların da bərəkəti aşağı düşər və faydası azalar.” Bunu  eşidən Nuşirəvan gülür və geri dönüncə vergi artımı qərarını dayandırır. Bax belə. Bu ölkədə hökmdardan Nuşirəvan ədaləti gözləyən neçə nəfər var? Çox olduğuna inanmırıq. Amma bu heç bir halda insana haqqından, hüququndan vaz keçməyə əsas vermir. Ən zor şərtlərdə də, haqqımızı almaq üçün dirəniş göstərməliyik. Sona kimi…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button