2022-10-25 12:17:28
Uqandanın paytaxtı Kampaladan şərqdə yerləşən Korlar üçün Salaam Məktəbinin yataqxanasında səhər saatlarında yanğın baş verib. Polisin verdiyi açıqlamada yanğında 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib. Yaralıların Herona xəstəxanasında müalicə olunduğu, vəziyyətlərinin ağır olduğu bildirilib.
Yanğının səbəbi hələ bilinməsə də, hadisə ilə bağlı araşdırma başlanıldığı öyrənilib.
Uqandada elektrik kəsildiyi üçün tələbələrin məktəb yataqxanalarında şam yandırması nəticəsində baş verən yanğınların qarşısı məktəblərdə sıxlıq olduğu üçün alına bilmir. 2008-ci ildə Kampalada məktəb yanğınında 19 şagird həlak olmuşdu.
Tərcümə“24 SAAT”