Xəbərlər

Usubov və Patruşev əməkdaşlıq planı imzalayıb 

Noyabrın 3-də Moskvada AzərbaycanTəhlükəsizlik Şurasının katibi Ramil Usubov rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb

Noyabrın 3-də Moskvada AzərbaycanTəhlükəsizlik Şurasının katibi Ramil Usubov rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasından bildirilib ki, görüş Müstəqil Dövlətlər Birliyi ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısı çərçivəsində keçirilib.

Məlumata görə, Patruşevlə Usubov “regionda təhlükəsizlik məsələlərini, o cümlədən informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək tədbirlərini” müzakirə ediblər:

“Bundan əlavə, həmsöhbətlər hər iki ölkənin təhlükəsizlik şuraları arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planını imzalayıblar və bu planın həyata keçirilməsinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıblar”.

MDB Təhlükəsizlik Şuraları rəhbərlərinin iclasına gəlincə, açıqlamaya görə, orada beynəlxalq təhlükəsizliyə, MDB üzvlərinin təhlükəsizliyinə çağırışlar və təhdidlər nəzərdən keçirilib.

Habelə, bildirildiyinə görə, bundan başqa, “MDB məkanında faşizmin tərənnümü və tarixin saxtalaşdırılmasına qarşı mübarizə tədbirləri də müzakirə edilib”.

MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Quruma Baltik ölkələri və Gürcüstandan başqa keçmış SSRİ respublikaları daxildir.

Xatırlatma

Bu il fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.

Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button