2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Utanmıram, gedirəm dilənməyə…” – Kənan MM

Tanınmış rejissor Kənan Mahmudov Azərbaycanda rejissorların dilənçi günündə yaşadığını deyib.

Yeni filminin çəkilişi üçün pul tapmayan Kənan MM bu sözləri deyib:
“Heç bir tamaşaçı bilmir ki, bizdə aktrisalar 600 manat alır. Və bilmirsiniz ki, rejissor çox şeydə borclu qalır. Bilmirsiniz ki, rejissor bazar alverçisi kimi çəkiliş məkanı danışanda alver edir. Bilmirsiniz ki, bir filmi çəkmək üçün dilənçiliyə başlayır. Bəli bu sözü utanmadan, qızarmadan böyük hərflərlə yazıram. Çünki Azərbaycan rejissorları dilənçi günündədir. Mən utanmıram, məni bu hala salanlar utansın. Kinoteatrlar utansın, çünki çəkdiyimiz filmin 60 faizini bizdən alırlar. Çünki onlar Azərbaycan filminin qatilləridir. Nəysə, gedim dilənməyə. Axı mənim tamaşaçılarım “Gecə qonağı 2” gözləyir. Hər şey sizlər üçün. Sadəcə dua edin. Bəzi insanlar yalnış yerdə yaşayırlar. Məni anlayanda mən buralarda olmayacağam. Ya o biri dünyada olacağam, ya da başqa ölkədə”(big.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button