2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

UWW Çamizo-Bayramov görüşündə hakimin ədalətsiz davrandığını təsdiq edib

Aprelin 23-də Beynəlxalq Güləş İttifaqı (UWW) İntizam Palatasının şəxsində 2024-cü ilin mart ayında Bakıda Avropa təsnifatı çərçivəsində Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında yarımfinal görüşü zamanı pozuntulara görə arbitrləri hakimlik hüququndan məhrum edib. Bu barədə UWW-nin press-relizində deyilir.

Bu sanksiyalara baxmayaraq, Bayramov görüşün qalibi olaraq qalır, belə ki, Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə əsasən, xalçada qələbə elan edildikdən sonra heç bir halda görüş nəticələri dəyişdirilə bilməz.

Lakin intizam palatası UWW-dən Çamizonu mayın 9-da İstanbulda keçiriləcək növbəti ixtisas turnirində birinci yerə qoymağı xahiş edib.

Saytların yığılması Saytlarin yigilmasi

Çamizo-Bayrsmov görüşündə xalçada referi Roman Pavlov, halin Ali M.Sayvan,xalça sədri Aleksey Bazulin idi. Hakimlərin nümayəndə heyətinin tərkibinə Kamel Buazis, İbrahim Çiçioğlu və Keysi Gessl daxil idi.

İntizam Palatası Pavlov və Çiçioğlunu 31 dekabr 2024-cü il tarixinə qədər bütün öhdəliklərindən kənarlaşdırmaq qərarı qəbul edib. Sayvan sentyabrın 30-na qədər, görüşün baş hakimi Bazulin iyunun 30-na qədər, hakim kollegiyasının daha iki üzvü – Buaziz və Gessl də iyunun 30-na qədər kənarlaşdırılıb.

Bayramov 8-8 hesabla qalib elan edilib və Parisdəki Olimpiadada iştirak etmək haqqı qazanıb. Lakin İtaliya Güləş Federasiyası qeyri-obyektiv hakimlikdən və hakimlərin qalıb haqqında ədalətsiz qərarından şikayət edib.

İntizam Komissiyası təsdiq edib ki, hakimlər güləşçilərin hərəkətlərini yanlış qiymət veriblər, bu barədə press-relizdə deyilir.

Xatırladaq ki, italiyalı güləşçi Bakıda ona Bayramova məğlub olması üçün 300 min dollar təklif olunduğunu bildirib. Lakin o, bundan imtina edib və turnir təşkilatçıları rüşvətlə hakimləri öz tərəfinə çəkib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button