2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkillər Kollegiyası 7 vəkili cəzalandırdı

Üzvlük haqqını ödəməyən 2 vəkillə bağlı məhkəməyə müraciət edilib

Vəkillər Kollegiyası ( (VK)) Rəyasət Heyətinin qərarı ilə daha 7 vəkil cəzalandırılıb. Onlardan ikisinin VK üzvlüyündən kənarlaşdırılması üçün məhkəməyə müraciət edilməsinə qərar verilib.

Bu haqda Vəkillər Kollegiyasının dekabrın 14-də yaydığı məlumatda bildirilir.

Vəkillərin cəzalandırılması barədə qərarlar kollegiyanın Rəyasət Heyətinin dekabrın 13-də keçirilmiş iclasında qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 40 intizam icraatı barədə rəylərə baxdığı bildirilir. Müzakirələrin yekununda 2 vəkilin fəaliyyətinin dayandırılaraq  Kollegiya üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Kollegiyanın məlumatına görə, həmin vəkillər üzrlü səbəb olmadan üzvlük haqqını 6 aydan artıq müddətə ödəmədiklərinə görə cəzalandırılıblar.

Vəkillə bağlı müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğu deyilən daha bir Kollegiya üzvünün isə fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Daha 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verildiyi bildirilir. Bu cəzaların səbəbələri açıqlanmır. Cəzalandırılan vəkillərin adları da açıqlanmayıb.

27 iş üzrə pozuntu aşkar edilmədiyi, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılacağı bildirilir.

Vəkillər Kollegiyası bundan əvvəl – sentyabrda dörd, oktyabrın sonunda isə 2 vəkilin fəaliyyətinin dayandırılmasına qərar vermişdi.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button