2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vətəndaşı xilas etmək istəyən polis dənizdə boğulub

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə həyatını itirib

Xəzər rayonu ərazisindəki “Mayak” çimərliyində suda batan şəxsi xilas etməyə çalışan polis əməkdaşı boğularaq ölüb. 

Hadisə sentyabrın 2-də saat 18 radələrində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əliosmanov bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Amma dərinlik və yüksək dalğalar ona mane olub.

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button