2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Vaşinqton İran sanksiyalarından güzəşti dayandırır


Birləşmiş Ştatlar Rusiya, Çin və Avropa şirkətlərinə İranla dinc nüvə sahəsində əməkdaşlıq imkanı verən sanksiya güzəştlərini dayandıracaq.

Beləliklə ABŞ-ı 2015-ci il İran nüvə sazişinin tərəfi kimi saxlayan son bağlar da qırılmış olacaq.

ABŞ dövlət katibi Mike Pompeo mayın 27-də bu barədə danışarkən deyib ki, İranın saziş öhdəliklərini pozmaqla davam etməkdə olan “nüvə mənəm-mənəmliyi” sanksiyalardan verilən güzəştləri mənasız edir:

Saytların yığılması Saytlarin yigilmasi

“Rejimin nüvə şantajı İrana qarşı təzyiqlərin artması və onun beynəlxalq icmadan daha da təcrid olunmasına gətirib çıxaracaq”.

İrana göz qoymaq imkanı itiriləcək

Nüvə silahının yayılmaması üzrə ekspertlər bildirirlər ki, sanksiyalardan güzəştlər beynəlxalq ekspertlərə Tehranın nüvə fəaliyyətlərinə göz qoymaq imkanı verirdi.

Onların fikrincə bu proqramın, məsələn tibb sahəsinə xidmət edən elmi tədqiqatları tamamilə legitimdir.

AzadlıqRadiosu yazır ki, ABŞ-ın bu addımı habelə İranla müqaviləni qüvvədə saxlamağa çalışan digər tərəfləri – Rusiya, Çin, Fransa, Almaniya və Britaniyanı narazı sala bilər.

Bu da qeyd edilir ki, hazırda Vaşinqton İrana qarşı BMT silah embarqosunun müddətinin uzadılmasına çalışır, lakin sanksiya güzəştlərinin ləğvi ABŞ üçün bu istiqamətdə yeni maneələr yaradacaq.

Prezident Donald Trump 2018-ci ildə ABŞ-ı birtərəfli qaydada İran nüvə sazişindən çıxardıqdan sonra Tehran üzərinə Vaşinqtonun sanksiyaları bərpa olunub.

Tehran buna cavab olaraq sazişin bir sıra şərtlərindən geri çəkilib, lakin bildirib ki, ABŞ razılaşmaya qayıdarsa, o da saziş şərtlərinə əməl olunmasını təmin edə bilər.

 

ABŞ müttəfiqlərini çətin vəziyyətdə qoyur

ABŞ-da mənzillənən Arms Control Association analitik mərkəzinin eksperti Kelsey Davenport bu barədə AzadlıqRadiosuna deyib:

“Sanksiyalardan güzəştlərin dayandırılması sazişin digər tərəflərini çətin vəziyyətdə qoyur. Layihələrin davam etdirilməsi ABŞ sanksiyaları ilə üzləşmək riski yaradırsa, layihələrin dayandırılması onların saziş üzrə öhdəliklərini pozması ilə nəticələnir. Belə bir vəziyyətdə İranın sazişi pozması və yaxud razılaşmadan tamamilə çıxması üçün Tehrana əsas verilmiş olur”.

Mülki təyinatlı nüvə əməkdaşlığına sanksiyalardan istisna verilməsi ilk növbədə İranın Arak ağır su tədqiqatları reaktorunun, habelə Tehran Tədqiqat Reaktorunun zənginləşdirilmiş uranla təchizatı, işlənmiş reaktor yanacağının xaricə ötürülməsi ilə bağlı idi.

Beləliklə indi bu nüvə qurğularında işləyən şirkətlər 60 gün ərzində ya əməkdaşlığı dayandırmalı, ya da ABŞ sanksiyaları üzləşməli olacaqlar.

 

Vaşinqtona beynəlxalq etimad azala bilər

Trump administrasiyası habelə Buşəhr Nüvə Elektrik Stansiyasında təhlükəsizlik əməliyyatlarının keçirilməsi üçün beynəlxalq fəaliyyətə 90 günlük güzəşt müddəti tanımışdı.

İranla beynəlxalq mülki əməkdaşlıq Tehranın nüvə proqramını daha şəffaf etmək və onun nüvə silahı istehsal etməməsinə əmin olmaq imkanı verirdi.

Lakin Konqresdəki anti-İran millət vəkilləri və Trump administasiyası israr edirlər ki, mülki nüvə sahəsi üçün sanksiyalardan güzəştlər İrana nüvə silahının hazırlanmasında faydalı ola biləcək texnologiyalara çıxış verir.

Trump administrasiyasının tənqidçiləri deyirlər ki, Tehrana qarşı “maksimum təzyiq” siyasəti İranı “daha yaxşı saziş” barədə danışıqlara sövq edə bilməyib.

Onların fikrincə, əksinə, bu strategiya nüvə sazişini tamamilə sıradan çıxarıb və saziş tərəflərinin bu razılaşmaya yenidən daxil olmaq perspektivini çətinləşdirib.

Davenport bu barədə belə deyib:

“Aydındır ki, bu, administrasiyanın nüvə sazişinin sıradan çıxarılması məqsədi ilə qəbul etdiyi siyasi qərar idi. Trump-ın hərəkətləri ABŞ müttəfiqlərinin təhlükəsizlik maraqlarına açıq etinasızlıqdır və ABŞ-a etimadı bundan sonra da zəiflədəcək”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button