2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Vaşinqtonda III Dünya müharibəsinə başladılar: BİR AY SONRA… – SSENARİ

ABŞ Konqresinin Kitabxanasında (Vaşinqton) xəritələr üzərində oyun keçirilib.

Oyunda Rusiya qoşunlarının mümkün hücumdan Baltikyanı ölkələrin müdafiəsi yer alıb.

Oyunda ABŞ-ın Konqresin üzvləri və Strateji Tədqiqat Mərkəzinin (RAND) mütəxəssisləri iştirak edib. Növbəti oyun 2017-ci ilin fevralında Brüsseldə keçirilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Silahlı Qüvvələrinin Avropa qoşunlarının komandanı, general-leytenant Ben Hodces 2016-cı ilin yayında bildirib ki, NATO Rusiyanın müdaxiləsi halında Baltikyanı regionu qoruya bilməyəcək. O, analitiklərin bu fikri ilə razılaşıb ki, Baltikyanı dövlətlərin paytaxtlarının tutulması üçün Rusiya qoşunlarına 36-60 saat lazım olardı.

Qeyd edək ki, qərbdə son zamanlar Rusiya və NATO-nun qarşılaşacağı mümkün görünən qlobal münaqişələr modelləşdirilir. Ötən ilin əvvəlində RAND analitik mərkəz Amerika zabitləri və mülki məmurların iştirakı ilə hərbi oyunlar keçirib.

Hərbi oyunlar arzu edilməyən nəticələrə gətirib çıxarıb. Nəticələrə görə, hazırda NATO-nun Avropadakı gücləri Rusiya ordusuna uduzur. Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsidir. “Əgər Rusiya tankları və piyada qoşunları sabah Baltikyanı ölkələrə daxil olarsa, NATO gücləri üç gün ərzində məğlubiyyətə düçar olacaqlar”, – hərbi oyunların nəticələrində deyilir.

2014-2015-ci illərdə də stolüstü formatda çoxsaylı hərbi oyunlar oynanılıb. Nəticə bundan ibarət olub ki, Rusiya gücləri 36-60 saat sonra artıq Tallin və ya Riqanın qapılarını döyüb, ABŞ və Baltikyanı ölkələrinin qoşunları, həmçinin Amerika Hərbi Hava Qüvvələri mexanikləşdirilmiş Rusiya hissələrinin hücumunu saxlamağa nail olmayıblar və böyük itkilər veriblər.

Nəticədə, sürətli məğlubiyyətdən sonra ABŞ və onun NATO-dakı müttəfiqlərinin əlində bir neçə ssenari qalır: əks-hücuma keçmək, Rusiyanı nüvə silahı da olmaqla cavab zərbəsi ilə vurmaq, müvəqqəti məğlubiyyəti qəbul edərək yeni “soyuq müharibə”yə başlamaq.

BBC televiziya şirkəti isə ötən III Dünya Müharibəsinin ehtimal edilən ssenarisi haqqında film nümayiş etdirib. “Üçüncü Dünya Müharibəsi: nəzarət məntəqəsində” adlı filmdə Rusiya və NATO arasında potensial münaqişənin ssenarisi göstərilir. Nüvə qarşıdurması Baltikyanı ölkələrin ərazisində başlanır.

Oyunlarln nəticəsinə əsasən, NATO gücləri hazırkı vəziyyətdə ittifaqın ən zəif ölkələrinin ərazisini müdafiə etməyə qadir deyil. Hərbi oyunlar nümayiş etdirdi ki, Baltikyanı ölkələrin sürətli ilhaqının qarşısını almaq üçün NATO regionda hərbi kontingentini gücləndirməldir. NATO-nun şərq cəbhəsi üçün kifayət qədər peşəkar yeddi briqada, həmçinin ağır zirehli texnikanın üç briqadası, aviasiya və artilleriya dəstəyi lazımdır.

Xatırladaq ki, ABŞ 2017-ci ilin əvvəlindən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasının döyüş qrupunu Şərqi Avropada yerləşdirməyə başlayıb. Batalyonlardan biri Baltikyanı regiona yerləşdiriləcək.

 

 

publika.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button