2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Venesiyada turistlər mühacirin kanalda boğulma anını qəhqəhə ilə izləyiblər – VİDEO

Qambiyadan olan qaçqın Venesiyanın Böyük kanalında turistlərin gözü qabağında boğulub. APA-nın “Independent” nəşrinə istinadən verdiyi xəbərə görə, 22 yaşlı Pateh Sabalinin boğulmasını görən  turistlər hadisəni qəhqəhə və “öz ölkənə get” kimi irqçi ifadələrlə  telefona qeydə almağa başlayıblar.
Məlumata görə, hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.  Xilas olunması üçün suya üç  xilasedici halqa atılsa da, Pateh Sabali özünü onlardan heç birinə çatdıra bilməyib. Hadisəni izləyən şəxslərdən heç biri suya atılmayıb, nəticədə miqrant boğulub.
“Mən heç kimi günahlandırmıram, lakin onu xilas etmək üçün, bəlkə də,  əlavə nə isə etmək olardı”, – deyə hadisəni şərh edən İtaliya Xilasedicilər Birliyinin rəhbəri Dino Basso nəşrə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button