2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Vergilər Nazirliyində çoxsaylı – KADR DƏYİŞİKLİKLƏRİ

Vergilər Nazirliyində çoxsaylı kadr dəyişiklikləri baş verib.

24saat.org Fins.az-a istinadan xəbər verir ki, dəyişikliklər nazirliyin bəzi departamentlərinin rəhbərlərinə aiddir və böyük ehtimalla verg yığımları sahəsində vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.

Belə ki, Vergilər Nazirliyinin 1 saylı Xüsusi Rejimli Vergi Ödəyiciləri ilə iş departamentinin rəisi Natiq Şirinov vəzifəsindən azad edilərək nazirin müşaviri təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Onu bu vəzifədə nazirliyin ən təcrübəli əməkdaşlarından biri, indiyədək Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifələrini icra edən Habil Əliyev əvəzləyib. Qeyd edək ki, H.Əliyev həm də nazirin müşaviridir.

Habil Əliyevi isə bu vəzifədə onun müavini Raqif Məmmədov əvəzləyib.
Digər dəyişiklik Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai araşdırılması departamentinin rəhbərliyində baş verib. Həmin departamentin rəhbəri Vüqar İsmayılov nazirliyin Daxili təhlükəsizlik departamentinə gətirilib. Daxili təhlükəsizlik departamentinə indiyədək rəhbərlik etmiş İlham Əhmədov isə vergi cinayətkarlığına qarşı mübarizə departamentinə rəhbər təyin edilib.

Qeyd edək ki, nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov və Əflatun Məmmədovdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button