2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vidadi Zeynalov: “Barmağımı kəsin”

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə Vidadi Zeynalov ifadəsinə davam edib.

Vidadi Zeynalov istintaqın onun barədə qanunsuz heç nə tapmadığını deyib: “Pulu ödətdirib, imza etdiyim əl və barmaqlarımın kəsilməyinə razıydım. Onlar heç nə tapmadılar, sadəcə olaraq müəssisə haqqında, vergi haqqında bütün qanun və qərarları pozaraq şantaj yolu ilə gətirib bizi bu yerə çıxarıblar. Əgər doğrudan da bir qanun pozuntusu olsaydı, indi onu bütün dünyaya yaymışdılar. Elə buna görədir ki, məcbur olub əmlak şousu göstərirlər. Balıq tutmaq nə vaxtdan cinayət sayılır? Özünüzün dediyiniz kimi hesablama aparmaq üçün ekspertizaya ehtiyac yoxdur, buradakı hər kəs onu bacarır”.

Saytların yığılması Saytlarin yigilmasi

O, ifadəsinin sonunda təkrarən məhkəmədən xahiş edib ki, hesablama “düzgün” aparılsın:

“Mən elə bilirdim ki, ikili standart yalnız bizim dövlətə qarşı tətbiq edilir. Sən demə həmin standartlar istintaqda da var imiş. Belə ki, əmək haqqına görə 500-dən çox adam ittiham olunmadı, yalnız mən olundum. Eybi yoxdur, onda heç olmasa, o dövrün manat-dollar məzənnəsini nəzərə alın.

PLZ ilə bağlı yalandan yazılmış və mənə aidiyyatı olmayan “şişirdilmiş” iş həcminə münasibətdə faktiki büdcəyə ödənilmiş 675,0 min manat ƏDV-ni və 270,0 min manat məbləğində mənfəət vergisi təkrar yazılıb.

Əmlakımın üzərindən həbsi götürün ki, satıb zorla da olsa boynuma qoyulan məbləği ödəyim. RYTN-in tabeliyində olan BTRİB-ə o vaxt ofis binası gəzirdik. Biz o vaxt hətta 62 nömrəli ATS-in binasını təmir edib BTRİB-i ora köçürtmək istəyirdik. Onların bu günkü iş şəraiti çox ağır vəziyyətdədir. Yəni istintaqın 9,0 mln.manat qiymət qoyduğu ofis binasını 6,2 mln.manat vəsaitin əvəzinə mülki iddiaçı tərəfindən götürülməsinə əmlakın sahibi olan həyat yoldaşım razılıq məktubu verməyə hazırdır.”

O bildirib ki, “ədalət məhkəməsindən cəfəngiyyatdan ibarət bu cinayət işində heç olmasa sadaladığım işlərdə ədalətlilik göstərməsini istəyirəm”. Günahsız dustağın gücü dilinə çatır. Mən bir daha ədalət məhkəməsinə üzümü tutub deyirəm: ittiham aktında göstərildiyi kimi istintaqa səmimi olaraq etiraf etdiyimi, elmi dərəcəmi və elmi fəaliyyətimi, dövlət mükafatlarımı və 42 illik iş stajımı nəzərə alaraq ədalətli qərar çıxarmağınızı Sizdən xahiş edirəm.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button