SEÇMƏ

Vladimir Putin: “Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik”

Yayımlandı: 27 Oktyabr 2022 21:42

“Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq”

Rusiya uzun illərdir ki, Ermənistana Qarabağ məsələsində 5 rayonu Bakıya verməyi təklif edib, lakin rəsmi Yerevan öz bildiyi yol ilə gedib”.

Bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday” klubunun konfransında səsləndirib.

V.Putinin sözlərinə görə, Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsini, həmçinin sərhəddəki demarkasiya və delimitasiya prosesini dəstəkləyir:

“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

“Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı, rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətləri nəzərə almaq, gələcək sülh müqaviləsində müzakirə etmək lazımdır, bu da mümkündür. Amma sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır, razılaşmalar digər tərəf üçün də məqbul olmalıdır”,-deyə Putin fikrini yekunlaşdırıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Meydan TV

Gözdən qaçırmayın:  “Jurnalistə qarşı təhqiramiz ifadələrin işlədilməsi yolverilməzdir”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button