Bizim tərcümə

Washington Post-dan heyrətamiz zəlzələ analizi… Fəlakətin ölçüsünü ortaya qoyan şəkil: 10 dəfə böyük

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-02 18:01:53

class=”medianet-inline-adv”>

Dünəndən dünyanın gözü, qulağı zəlzələ bölgəsindən xəbərlərdə…

Saytların yığılması Saytlarin yigilmasi

Bir çox ölkə demək olar ki, Türkiyə üçün səfərbər olub. Zəlzələ bölgəsinə dünyanın hər yerindən yardımlar gəlməkdə davam edir.

Bir çox qəzet və televiziya zəlzələdən zərər çəkmiş şəhərlərin son vəziyyətini oxucuları və tamaşaçıları ilə bölüşür.

Bölgədəki hadisələri yaxından izləyən ABŞ-da yerləşən Washington Post (WP) fəlakətin miqyasını açıqlayan xəbər dərc edib.

Türkiyədə baş verən ikiqat zəlzələnin yaratdığı dağıntılara diqqət çəkən qəzet, “Türkiyə zəlzələləri 2010-cu ildəki Haiti fəlakətindən 10 dəfə çox dağıntı çıxardı” başlığı ilə oxucularının qarşısına çıxıb.

class=”medianet-inline-adv”>

BMT İnkişaf Proqramı (UNDP) tərəfindən hazırlanan hesabatı araşdıran WP, zəlzələlərin təxminən 100 milyon kubmetr dağıntı yaratdığını, bunun yaxın tarixdəki bir çox fəlakətdən daha çox olduğunu yazdı.

ABŞ qəzeti onun ölkənin paytaxtı Vaşinqtonun yarısını əhatə edəcək qədər böyük olduğunu yazıb.

Zəlzələnin maqnitudasını ortaya qoyan görüntülər

daha çox videolar üçünZəlzələnin maqnitudasını ortaya qoyan görüntülər

Son zamanlar baş verən təbii fəlakətlərə diqqət çəkən WP, 2015-ci ildə Nepalda oxşar dağıntının baş verdiyini və sözügedən zəlzələnin 27 milyon kubmetr dağıntı yaratdığını bildirib.

2010-cu ildə Haitidə baş verən zəlzələdən 10 milyon kubmetr dağıntının qaldığını yazan qəzet xəbərdə bu ifadəyə yer verib;

“Son zəlzələlər 2010-cu ildə Haitidə baş verən zəlzələdən 10 dəfə çox dağıntı buraxıb”.

Washington Post-dan heyrətamiz zəlzələ analizi... Fəlakətin ölçüsünü ortaya qoyan şəkil: 10 dəfə böyük

Zəlzələdən zərər çəkmiş bölgənin bir çox mədəni irsə də ev sahibliyi etdiyini qeyd edən qəzet, BMTİP-nin bölgədə fəal rol oynadığını yazıb.

AFET və Fövqəladə Hallar İdarəsi (AFAD) Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayının 45 min 89-a yüksəldiyini açıqlayıb.

Eyni bəyanatda 1 milyon 971 min 589 vətəndaşın bölgədən təxliyə edildiyi də bildirilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button