2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xədicə İsmayıl dindirməyə çağırılıb və öz həbsini istisna etmir

“Toplum” TV-nin baş redaktoru Xədicə İsmayıl bu gün saat 15:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə Turan-a özü bildirib.

Paytaxt polisinin müstəntiqi Eldar Qədimov “Toplum TV işi üzrə” şahid qismində ona zəng edib,  Xədicə İsmayıl deyib.

Görünür, o, istintaqa vəkilsiz getməli olacaq. “Mənim işimlə bağlı order alan vəkil hazırda Bakıda deyil. O, mənim çağırışımı başqa vaxta keçirməyə çalışdı, amma alınmadı”, – İsmayıl bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, özünün saxlanılacağını və sonradan həbs olunacağını istisna etməyib. “Hər şey ola bilər. Həbs edə bilərlər. Mən onların qərarlarında məntiq axtarmıram. İstəsələr, həbs edəcəklər”, – jurnalist deyib.

O, beynəlxalq və yerli ictimaiyyətə müraciət edərək deyib: “Toplum” TV cinayət törətməyib, jurnalistika ilə məşğul olub. Əgər azadlıqda qalsam, jurnalist fəaliyyətimi davam etdirəcəyəm. Əgər onlar düşünürlər ki, jurnalistləri növbə ilə həbs etməklə bizi susdura bilərlər, o zaman onlara yanıldıqlarını sübut etmək lazımdır”, – Xədicə İsmayıl qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button