2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xədicə İsmayıl kompensasiya tələbinə cavab alıb

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl 29 min 30 manatlıq kompensasiya tələbinə cavab alıb.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət aldığı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə qanunsuz həbsdə saxlanılması ilə əlaqədar Azərbaycan hökumətindən kompensasiya tələb edir. Xədicə İsmayıl bu məqsədlə Maliyyə Nazirliyinə müraciət etmişdi.

“Mövcud qanunvericilikdə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Maliyyə Nazirliyinin öhdəlik daşıması nəzərdə tutulmamışdır”, – Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanovun imzaladığı cavab məktubunda yazılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistin vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət olunacaq.

Xatırladaq ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də CM-nin 125-ci maddəsilə təqsirləndirilərək həbs olunub.

Sonradan ona elan olunmuş və məhkum edildiyi ittihamlarla barəsində yenidən həbs qərarı çıxarılana –2015-ci il martın 6-dək o, məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Xədicə İsmayıl jurnalist kimi məqalələrinə görə ala bilmədiyi əməkhaqqını, həbs edilərkən müdafiəçilərinə ödədiyi qonorarı, həmçinin yaxınlarının təcridxanaya ona sovqat gətirərkən çəkdiyi xərcləri nəzərə alaraq, bu 91 gün ərzində ona dəymiş maddi ziyanı 9 min 30 manat hesablayıb. Üç ay qanunsuz həbsdə saxlanılması nəticəsində dəymiş mənəvi ziyanı isə 20 min manat məbləğində dəyərləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button