2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev “Köhnə Xaşmaz”da 8 mart ziyafəti verib – FOTOLAR

8 mart Qadınlar Günü münasibətilə Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev bir zamanlar direktoru olduğu Köhnə Xaçmaz kənd məktəbində ziyafət təşkil edib.

“24 saat”-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, ziyafət İnqilab Musayevin əvvəlki iş yeri olan Köhnə Xaçmaz kənd tam orta məktəbində baş tutub. İnqilab Musayevin sevgi ilə bağlı olduğu məktəbdə təşkil olunan ziyafətdə məktəb direktoru Gülnarə müəllimdən başqa bəzi müəllimlər də iştirak edib.

Əlbəttə İnqilab Musayevin ziyafət təşkil etməsində hər hansı qəbahətin olmadığını demək olardı, əgər ölkədə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə xüsusi karantin rejimi tətbiq olunmasaydı.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün bildirək ki, xüsusi karantin rejiminin qaydalarına görə kütləvi tədbirlər, o cümlədən müxtəlif məzmunlu ziyafətlər təşkil etmək qadağandır. İnqilab Musayev də daxil Köhnə Xaçmaz kənd məkətbində baş tutatn ziyafətin qonaqları məhz xüsusi karantin rejiminin qaydalarını pozub.

Azərbaycanda xüsusi karantin rejimini pozan şəxslər məsuliyyətə cəlb edilir.

Qanunvericilikdə bununla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu əmələ görə, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir. Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliy i baxır. İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.

Bundan başqa, Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 139-1-ci maddədə də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib. Bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button