2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xakerlərin buraxdığı virus 75 ölkəyə ciddi zərbə vurdu

Rusiya Daxili İşlər Nazirliyi də zərərçəkənlər sırasındadır

Mayın 12-də xakerlər dünyanın müxtəlif nöqtələrində kompüterləri sıradan çıxaran virus buraxıb və onların normal işə qayıtması üçün pul tələb edib. Əvvəl virus Böyük Britaniyanın xəstəxanalarında kompüterləri sıradan çıxarıb. Daha sonra digər ölkələrə  yayılmağa  başlayıb. Rusiyada “Meqafon” şirkəti, DİN və İstintaq Komitəsi zərər çəkib.

Saytların yığılması Saytlarin yigilmasi

Virus artıq Britaniya, Belçika, Almaniya, Fransa, Portuqaliya,  İspaniya, Çin, ABŞ, Rusiya, Braziliya, Ukrayna, İtaliya, Hindistan, Tayvan, Çexiya, Kuveyt, Türkiyə, Kanada, CAR, Şri-Lanka, Qazaxıstan, Tayland və  digərölkələrdə  kompüterlərə düşüb. Ekspertlər ehtimal edir ki, siyahıda 75 ölkə var.

Antivirus  Avastbütün dünyada 57 min virus, Kasperski antivirusu dünyanın 74 ölkəsində 45 min virus qeydə alıb. Mütəxəssislərən çox ziyanın Rusiyada müşahidə olunduğunu deyir.

Böyük  ehtimalla söhbət Wcry virusundan gedir. O həm də WannaCry və WannaCryptor kimi tanınır. Bu virus arxivlərin ələ keçirilməsi üçün istifadə edilir.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button