2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Xalq artisti Prezident təqaüdü üçün İlham Əliyevə müracət edib

Yayımlandı: 19 Dekabr 2022 18:03

Ənvər Həsənov hesab edir ki, təqaüdü almaq ən çox onun haqqıdır

“Yeddi oğul istərəm”də Cəlal, “Dərviş Parisi partladır”da Şahbaz, “Babək”də Tərxan, “Atları yəhərləyin”də Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad obrazını yaratmış Xalq artisti, kinoaktyor Ənvər Həsənov maddi problemlərlə üzləşdiyini deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda Meydan TV-yə 72 yaşlı aktyor özü danışıb.

O bildirib ki, son aylarda səhhətində yaranan problemlərlə əlaqədar davamlı olarq xəstəxanada müalicə olunub.

Hazırda müalicəsini ev şəraitində davam etdirən Ənvər Həsənov dövlətdən aldığı 550 manat təqaüdlə dolanmağın çətin olduğunu deyir.

“2013-cü ildə mənə 273 manat pensiya təyin etdilər. Bu 9 il ərzində pensiyam artaraq 550 manat olub. Bu pul mənim kommunal xərclərimə çatmır. Hətta dərmanlarıma da kifayət etmir”, – aktyor bildirir.

O, əsasən, dostlarının və qohumlarının hesabına yaşadığını deyir:

“2008-ci ildə avtomobil qəzası keçirmişdim. O vaxtdan başımda güclü ağrılar olurdu, qulağımda da daim küy vardı. Üç ay öncə evdə hərəkət edərkən, başım gicəlləndi, yıxıldım. Həkimə apardılar, yoxladılar, gördülər ki, başımda və ürəyimdə hərəsində iki tromb böyrəyimdə də dörd şiş var. Əldə-ovucda olan pullar xəstəxanalarda xərcləndi. Hazırda borcun içindəyəm. Allah dostlarımın, qohum-əqrabanın canını sağ eləsin. Onlar yardım edirlər”.

Aktyor deyir ki, çıxış yolunu Prezident təqaüdü almaqda görür.

Bununla bağlı qızı Aytən Həsənova təxminən üç-dörd ay öncə onun adından Prezident İlham Əliyevə və Mədəniyyət Nazirliyinə məktub yazıb, lakin müraciətlərinə cavab gəlməyib:

“Mən Prezident İlham Əliyevlə də, Mehriban Əliyeva ilə də şəxsən tanışam. Allah Heydər Əliyevə rəhmət etsin, onun da qəbulunda olmuşam. Məndə bir xasiyyət var, dostlarıma görə kimdənsə xahiş etmişəm, lakin özümə görə kiməsə ağız açmamışam. Çox təəssüflər olsun ki, mətnlər gedir, Prezident Adminstrasiyasında qalır. Prezidentə, Birinci vitse-prezidentə çatmır”.

Aktyor hesab edir ki, Prezident təqaüdü almaq ən çox onun haqqıdır:

“Mənim 72 yaşım var, zarafat deyil. Yerindən duran Prezident təqaüdü alır, Xalq artistidir. Mən üç il öncə Xalq artisti adını almışam. “Uşaqlığın son gecəsi” filmini 72-yə yaxın ölkə alıb. “Yeddi oğul istərəm” filimini isə 128 ölkə alıb. Bunun müqabilində də mən bu vəziyyətdəyəm”.

Mədəniyyət Nazirliyi Meydan TV-nin məsələ ilə bağlı sorğunu cavablandırmayıb.

Mədəniyyət naziri Anar Kərimov 2021-ci ilin yekunlarında demişdi ki, unudulmuş, maddi qayğı və diqqətdən kənar qalan sənət adamlarına dəstək məqsədilə sosial fond yaradılacaq.

O bildirmişdi ki, fondun fəaliyyəti ilə bağlı mexanizm dövlət qurumları ilə birgə hazırlananacaq.

İl yekunlaşsa da, fond yaradılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button