Xəbərlər

Xalq Cəbhəsi Partiyasının fəalı məhkəmə qarşısına çıxacaq

Bakı/12.10.21 Xalq Cəbhəsi Partiyasının fəalı, bu il avqustun 11-də saxlanılan Aqil Hümbətovun işi üzrə ibtidai istintaq başa çatıb. Yaxın günlərdə o, məhkəmə qarşısında dayanacaq. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrliyilə baxılacaq.

Hümbətov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə təhlükəli üsulla sağlamlığa ağır ziyan vurma) maddəsi ilə ittiham olunur ki, bu da 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

O, Zirə qəsəbə sakini Yamən Məmmədova bıçaqla zərbə vurmaqda təqsirli bilinir.

Lakin Hümbətovun həyat yoldaşının sözlərinə görə, ona qarşı təxribat törədilib və fəalın həbsinin əsl səbəbi sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir.

Bir il öncə Aqil Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatrik xəstəxanaya yerləşdirilmişdi. – 06B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button