2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Xankəndidə Azərbaycan bayrağının qaldırılması regional təhlükəsizlik üçün mühüm addımdır” – RƏY

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocavənd və Əsgəranda bayrağımızı qaldırması regional təhlükəsizliyin təmin olunması üçün mühüm addım idi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.

O bildirib ki, dünənki hadisə Azərbaycan tarixində ən mühüm məqamlardan biridir: “Artıq ərazi bütövlüyümüz tam təmin olunub. Bu günlərdə bütün Azərbaycan xalqı bunun sevincini, qürurunu yaşayır. Xüsusilə, ona diqqət çəkmək istəyirəm ki, Prezident İlham Əliyev 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də hakimiyyətə gələndə işğal altındakı torpaqlarımızın azad olunması barədə xalqımıza söz vermişdi. O, vədini yerinə yetirərək sözünə sadiq lider kimi artıq dünya tarixinə düşüb”.

Politoloq söyləyib ki, dövlət başçısının dünənki çıxışları beynəlxalq ictimaiyyətə və Ermənistana mühüm mesaj idi: “Əvvəla, hər kəs bu ismarışlardan dərs çıxarmalıdır. Hamı başa düşməlidir ki, İlham Əliyev sözünün üstündə duran liderdir. Odur ki, Ermənistan və onun havadarları bundan sonra Azərbaycana qarşı addım atarkən iki dəfə düşünməlidir. İkincisi, bu addımlar həm də daxili auditoriyaya hesablanıb. Xalqımız bir daha əmin oldu ki, Prezidentimiz verdiyi bütün vədləri yerinə yetririr. Ona görə də xalq Prezidentin ətrafında sıx birləşib və qərarlarını birmənalı dəstəkləyir”.

Professorun fikrincə, regional sabitliyin təmin olunması üçün artıq ən çətin mərhələ geridə qalıb: “Rəsmi Bakı bunu öz gücünə edib. Biz ayrı-ayrı zamanlarda həm də müxtəlif beynəlxalq təşkilatların işini görmüşük. Azərbaycan atdığı addımlarla regiona sülh, əməkdaşlıq mühiti gətirir. Doğrudur, regional təhlükəsizliyin tam təmin olunması üçün başqa məsələlərin də həllinə ehtiyac var. Bəzi məqamlar bizdən asılı deyil. Məsələn, Gürcüstanla Rusiya arasındakı problemlər əslində bu və ya digər formada regional təhkükəsizliyə təhdiddir. Amma Azərbaycan nəinki regional, həm də beynəlxalq siyasi aktor kimi proseslərə yön verir. Bundan sonra Ermənistan ritorikasında daha diqqətli olmalıdır. Destruktiv mövqedən, riyakarlıqdan uzaq qalmalalıdır. Xarici dövlətlərin təsiri altına düşmək, onlardan silah almaq Ermənistanın və regionun gələcəyi üçün yaxşı nəsə vəd etmir”.

Qeyd edək ki, Prezident İlham Əliyev dünən Xankəndi, Xocavənd və Əsgərana səfər edib, həmin ərazilərə Azərbaycanın dövlət bayrağını sancıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button