2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xankəndidə Qarabağ Universiteti yaradılır

Xankəndi şəhərində Qarabağ Universiteti yaradılacaq. 

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 28-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə universitetin yaradılması qərara alınıb. 

Sərəncama əsasən, Nazirlər Kabineti iki ay ərzində universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir. Həmçinin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etməlidir. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button