2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Xoşqədəm Hidayətqızıdan Almaz Ələsgərliyə sərt cavab – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni Almaz Ələsgərli arasında qalmaqal böyüyür.
Baku.ws xəbər verir ki, verilişin ötən buraxılışlarından birində müğənni Almaz Ələsgərlinin verilişi tərk etməsi aparıcını hiddətləndirib. Verilişdə buna geniş yer ayıran aparıcı Ələsgərlinin yer üstündə dava etdiyini bildirib.
O, ad çəkməsə də müğəninin əməlini ekspertlərlə birlikdə sərt şəkildə tənqid edib. Xoşqədəm Hidayətqızı bildirib ki, Almaz Ələsgərli şikayətçi kürsüsündə əyləşməkdən imtina edib. Ona görə də verilişi tərk edib.
“Bu kürsüdə hər birimiz otura bilərik. Şikayətçi kürsüsündə hətta dahi sənətkarımız Alim Qasımov, professorlar belə əyləşib. Onlardan artıqsınızmı?”, – deyə Xoşqədəm Hidayətqızı bildirib.
Xatırladaq ki, Almaz Ələsgərli bir neçə gün əvvəl Xoşqədəm Hidayətqızının “Bizə danış” verilişinə qonaq qismində dəvət olunub. Lakin bir müddət sonra efiri tərk edib. Müğənni ona verilən yerdə başqası əyləşdiyi üçün verilişi tərk etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button