2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

XXI əsrin Azərbaycan kəndi: Eşşəklə su daşıyanlar – VİDEO

Şəmkir rayonunun Ələsgərli kənd sakinləri uzun illərdir kəndin yol, su, qaz, işıq və sosial problemlərinin həll olunmamasına etiraz edirlər. “Eşşəklə 21 əsrdə su gedirmi, harada yaşayırıq biz?”- sakinlərdən biri BBC-yə deyib.

Sakinlər deyir, kənddə mənbəyini dağ sularından götürən iki bulaq olsa da, onlardan birinin suyu artıq quruyur və içməyə yararlı deyil, digərinin axını isə xeyli zəifləyib.

İndi kəndin 300-dən çox əhalisi içməli suya olan ehtiyacını zəif axan bir bulağın ümidinə, bir də yağışa bağlayıb. Onların sözlərinə görə, qışda havalar soyuduğundan sular donur və su daha zəif axır, bəzən isə tamamilə kəsilir.

Saytların yığılması Saytlarin yigilmasi

Kəndlilər rayon icra hakimiyyətinin onların problemlərinə biganə yanaşdığını deyir. Sakinlərin səsləndirdiyi su problemi ilə bağlı Şəmkir rayon icra hakimiyyətindən cavab almaq mümkün olmayıb.

Ələsgərli kəndi dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşdiyi üçün burada havalar tez soyumağa başlayır. İçməli su ilə yanaşı, Ələsgərli kəndinə mavi yanacaq da verilmədiyindən, insanlar soyuq aylarda qızınmaq üçün odundan istifadə etməyə möhtac qalıblar.

Amma kəndlilər deyir odun almaq da müşkülə çevrilib.

24 saat” “XXI əsrin Azərbaycan kəndi: Eşşəklə su daşıyanlar – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button