2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yalanı yalana calamaqda ad çıxarmış saxtakarlar yenə meydan sulayır…

Nemət Əliyev

Açıqlanan rəsmi məlumatlara görə iri buynuzlu mal-qaranın, o cümlədən inək və camışların, qoyun və keçilərin, quşların sayı azalıb bu ilin I rübündə. Pambıq əkmək adıyla otlaq sahələrinin xeyli hissəsinin şum altına verilməsi də hamıya məlumdur. Bununla belə, ötən ilin müvafiq dövrünə nəzərən cari ilin ilk rübündə heyvandarlıqda istehsalın 3%, ümumi kənd təsərrüfatı istehsalının isə 3,5% artmasına dair rəsmi iddialar irəli sürülüb. Axı bu necə olur?

Saytların yığılması Saytlarin yigilmasi

Deyək ki, saxlaya bilmədiklərinə görə iri buynuzlu mal-qaranın 13 min başını, qoyun və keçilərin 43 minə qədərini, quşların isə 206 minini kəsib satıblar (və ya tələf olub). Bu hesabla, ət istehsalında artım olması başa düşüləndir. Bəs inək və camışların, qoyun və keçilərin, quşların sayı azalıbsa, süd istehsalında 2,2%, yumurta istehsalında 4,6% artım haradan peyda olub? O da gün kimi aydındır ki, xüsusən də indiki halda, rüblük istehsalda 2% payı olan bitkiçilik bölməsi (əgər burada artım varsa) kənd təsərrüfatında ümumi tendensiyanı dəyişmək gücündə ola bilməz.

Odur ki, I rübdə heyvandarlıq məhsullarının 3%, ümumi kənd təsərrüfatı istehsalının isə 3,5% artmasına dair açıqlanan məlumatlar həqiqi-gerçək mahiyyətindən çox uzaqdır. Əksinə, I rübdə kənd təsərrüfatı istehsalının aşağı düşməsi daha məntiqli və daha realdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button