Bizim tərcüməDünya

Yandı, cırdı, üstünə basdı! Alçaq hücumun ünvanı bu dəfə Hollandiyadır: Paludandan sonra Pegida lideri də Quranı yandırdı.

Rasmus Paludanın Stokholmdakı təxribatçı nümayişinə Türkiyədən və İslam dünyasından reaksiyalar gəlməkdə davam edir. Türkiyə səfirliyi qarşısında Quranı yandıraraq qalmaqala səbəb olan Paludandan sonra Hollandiyanın Haaqa şəhərində çirkin nümayiş baş verib.

Pegidanın Hollandiyadakı lideri Edvin Vaqensveld dünən müvəqqəti Nümayəndələr Palatasının qarşısında əlində Quranla nümayiş keçirib.

Vagensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb.

Kadrlarda Vaqensveldin Quranın vərəqlərini cırması, yandırması və kitabın üzərinə ayaq basması əks olunub.

Başlıqsız-5

Maraqlıdır ki, daha əvvəl iki dəfə eyni əməli törətdikdən sonra saxlanılan Vaqensveldə bu dəfə müdaxilə edilməyib.

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Böyük Britaniyanın Milli Şəbəkəsi soyuq havada insanlara daha az elektrik istifadə etmək üçün pul ödəyəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button