2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yeni Azərbaycan Partiyası öz namizədinin təbliğinə dörddə bir milyon manat xərcləyəcək

Növbədənkənar seçkilərdə Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin seçki fondu öz büdcəsini açıqlayıb. Mərkəzi Seçki Komissiyası bildirib ki, hazırkı prezidentin və eyni zamanda, 7 fevral seçkilərində namizədin seçki fondunun rəsmi bəyan edilmiş büdcəsi 250 min manat məbləğində göstərilib.

Bu məbləğ öz sədri İlham Əliyevi növbədənkənar seçkilərdə yeganə partiya namizədi kimi irəli sürən hakim Yeni Azərbaycan Partiyası tərəfindən ayrılıb.

Namizədin “könüllü ianələr” və “şəxsi maliyyə töhfəsi” qrafaları boş durur.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır ki, büdcəni (250 000 manat) göstərən fond və Mərkəzi Seçki Komissiyası hakim partiyanın seçki fondunun xərcləri barədə məlumat vermirlər. İki səbəb ola bilər: hazırkı prezidentin qərargahında seçki kampaniyası başlamayıb, ikincisi, bu kampaniya başqa mənbələrdən maliyyələşdiriləcək.

İlham Əliyev ölkənin ali postuna 17 iddiaçı arasında öz seçkiqabağı kampaniyasının büdcəsini açıqlayan yeganə namizəddir. 0–

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button