2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yeni təsis edilmiş III Respublika Platformasının üzvündən xəbər yoxdur

Bakı/24.12.23/Turan: NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev ilə dekabrın 23-də Bakı vaxtı ilə saat 18 radələrindən əlaqə itib. Onun telefonuna zəng çatmır. Rəsmi qurumlar Əliyevin saxlanılıb-saxlanılmaması barədə məlumat yaymayıb.

III Respublika Platformasının qurucu heyətin rəhbəri Akif Qurbanov Turana  bildirib ki, qurumun üzvü Araz Əliyevdən xəbər yoxdur və onun özünün də saxlanılma ehtimalı var.

“Aydın görünən odur ki, bu, bizim fəaliyyətimizlə bağlıdır. Məndə də Araz bəydən xəbər gözləyirdim. Araz bəydən xəbər çıxmır. Vəkil məsələsini həll edib, mən də kafeni tərk edəcəm. Çox güman ki, məni də saxlayacaqlar,” o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Akif Qurbanov daha öncə Facebook səhifəsində qeyd edib ki, onun olduğu kafenin ətrafında bir neçə saatdır əməliyyatçılar dövrə vurur. O, bunu fəaliyyəti ilə əlaqələndirib.

“Azərbaycanı qaranlıqdan çıxarmaq cəhdlərimizə görədir. Görünür III Respublika Platformasının indiki məqamda yaranması rejimi daha da narahat edib. Çünki iki missiyamızda dediyimiz kimi, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyirik. Əsas şüarımız: Tək Adama Deyil, Hüquqa İtaət Edirik.

İnanın ki, hər qaranlığın sonunda mütləq bir işıq var. O işıq ölkəmizi çox keçməz qaranlıqdan çıxaracaq. Yaşasın III Respublika!”, Akif Qurbanov Facebook səhifəsində qeyd edib.

Fəallar, jurnalistlər və vəkillər Qurbanovun olduğu kafeyə gəldikdən sonra əməliyyatçılar oradan gediblər.

 

Bundan sonra fəalların, jurnalistlərin  və vəkillərin müşayətilə  

Qurbanov  evinə gedib.

Bir qrup ictimai-siyasi fəal dekabrın 7-də Platformanın təsis edildiyini elan edib. Strukturun məqsədi Azərbaycanda əsl respublika quruluşunu bərqərar etməkdir. 

Platformanın qurucu heyətinə siyasi və ictimai fəallar – Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadıqlı daxil olublar.

Akif Qurbanov bir il müddətinə qurucu heyətin rəhbəri vəzifəsinə seçilib. 06С

 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button