Bizim tərcümə

Yeni Zelandiyadakı qasırğada ölənlərin sayı 8-ə çatıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-17 13:27:30

class=”medianet-inline-adv”>

Yeni Zelandiyanın şimalında “Qabrielle” qasırğasının qurbanlarının sayı artır. Yeni Zelandiyanın baş naziri Kris Hipkins qasırğa nəticəsində ölənlərin sayının 8 nəfərə çatdığını açıqlayıb. Təcili yardım qruplarının hələlik əldə edilə bilməyən bölgələrlə əlaqə saxlaması nəticəsində ölənlərin sayının artacağının gözlənildiyini ifadə edən Hipkins, “Ölkə daxilində bundan daha çox ölüm ola biləcəyinə özümüzü hazırlamalıyıq. Həmçinin, bir müddət real rəqəmi bilməyəcəyik. Bu, şübhəsiz ki, bu əsrdə gördüyümüz ən böyük təbii fəlakətdir. Bu qədər böyük bir ərazini əhatə etdiyi üçün zərərin həcmi də kifayət qədər böyükdür. Hipkins həmçinin bildirib ki, su basmış təsərrüfatlar bir çox bölgələrdə meyvə və tərəvəz tədarükünə təsir göstərə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Polisdən əldə edilən məlumata görə, 4500-dən çox insandan xəbər almaq mümkün olmayıb və onların əksəriyyətinin rabitə şəbəkələrinə çıxışı olmadığı güman edilir. Qasırğa nəticəsində 10 mindən çox insanın evsiz qaldığı bildirilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button