2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerevan Bakıdan Ermənistanın suverenliyinin açıq şəkildə tanınmasını gözləyir

Bakı/06.01.24/Turan: Regional kommunikasiyaların açılması qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında Ermənistanın suverenliyi və yurisdiksiyası altında həyata keçiriləcək. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisinin son bəyanatını şərh edərkən bildirib.

Ötə gün Hikmət Hacıyev Berliner Zeitung-a müsahibəsində Ermənistanı 2020-ci il noyabr ayının üçtərəfli bəyanatından irəli gələn öhdəliklərindən yayınmaqda ittiham edib.

Hacıyevin sözlərinə görə, Azərbaycan və Naxçıvan arasında Ermənistanın cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında ticarət yoluna təsir etməyəcək. Bu iki marşrut bir-birini bağlamadan kəsişir.

Saytların yığılması Saytlarin yigilmasi

“Siyasi iradə varsa, hər zaman məqbul şərtlər tapmaq mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki nəqliyyat yolları kontekstində ondan geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhəddən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə bölməyəcək. Ermənistan ərazisilə marşrutun açılması Yerevanın yerinə yetirməli olduğu öhdəlikdir”, – Hacıyev qeyd edib.

Öz növbəsində Armen Qriqoryan deyib ki, Azərbaycan suverenlik, yurisdiksiyanın saxlanması, qarşılıqlılıq və bərabərlik prinsiplərinin Ermənistan ərazisilə kommunikasiyaların açılmasının mümkünlüyü üçün əsas kimi qəbul ediləcəyini açıq şəkildə təsdiqləməlidir, bundan sonra daha konkret mexanizmlərdən danışmaq mümkün olacaq.

“Ermənistan regional infrastrukturların açılması üzərində işləməyə davam edəcək. Həmçinin sülh müqaviləsi üzərində işləmək lazımdır ki, bölgədə sülh olsun. Kommunikasiyaların açılması məsələsində Ermənistan və İranın mövqelərinin üst – üstə düşməsi çox vacibdir”, – Qriqoryan qeyd edib.

Paşinyan “Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında quru əlaqəsinin Ermənistan ərazisilə təmin edilməsi üçün prosedur sadələşdirilə bilər” deyərkən nəyi nəzərdə tutub sualına cavabda Təhlükəsizlik Şurasının katibi deyib ki, bu, “məsələnin daha çox texniki hissəsidir”.

“Kommunikasiyaların açılması ilə bağlı qeyd etdiyim dörd prinsipin razılaşdırıldığını açıq bəyan etdikdən sonra bu mexanizmlərin üzərində işləyə bilərik. Biz Azərbaycanın bu prinsiplərə dair razılığını eşitmişik, gözləyirik ki, onlar da bunu açıq bəyan edəcəklər və biz gələcək addımların dəqiqləşdirilməsi üzərində işləməyə davam edəcəyik”, – Qriqoryan deyib.

Yanvarda Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkilinin mümkünlüyünə toxunan Təhlükəsizlik Şurasının katibi deyib ki, Yerevan yaxın gələcəkdə bu danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib və tərəfdaşların reaksiyasını gözləyir. -0-

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button