2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerevan və Bakı ittiham mübadiləsi aparırlar

Ermənistan Xarici İşlər Nazirliyi 13 fevral tarixli bəyanatında Azərbaycanı Nerkin And kəndi yaxınlığında sərhəddə gərginlik yaratmaqda ittiham edib. Yerevan qeyd edib ki, azərbaycanlı hərbçinin erməni tərəfdən atəş nəticəsində yaralanması barədə xəbəri araşdırmağa hazır idi. “Buna baxmayaraq, Bakı aqressiv hərəkətlər etdi və göstərdi ki, sərhədyanı eskalasiya üçün səbəb axtarır”, – Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir və Bakı sülh danışıqlarını pozmaqda ittiham olunur.

Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki,  Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır.

Xatırladaq ki, fevralın 12-də azərbaycanlı sərhədçi erməni tərəfdən atəş nəticəsində yaralanıb. Azərbaycan Silahlı Qüvvələri səhər tezdən cavab əməliyyatı keçirib. Nəticədə dörd erməni hərbçi həlak olub, biri yaralanıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button