2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yol polisi katalizatora görə ‘Prius’ları cərimə meydançasına aparır? – DYP-dən AÇIQLAMA


 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə, katalizatoru olmayan avtomobillərinin sürücülərinin cərimələnməsinə münasibət bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Sfera.az xəbər verir ki, İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır: “Bu isə inzibati xəta tərkibi yaradır. Bu tipli avtomobillərin istismarı yolverilməzdir.

Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır”.

V.Əsədov bildirib ki, bəzi sürücülər həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə alıb Azərbaycana gətirdiklərini deyirlər: “Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır”.




24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button