2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Yollara çəkilən nişanlama xətləri sürüşkənlik yaradır? – İddiaya rəsmi cavab

Sosial şəbəkələrdə asfalt və beton yolların üzərinə çəkilən nişanlama xətlərinin sürüşkən olduğu və bunun qəza hallarının artmasına gətirdiyi iddia edilib. Bu iddia həqiqətdirmi?

Məsələ ilə bağlı Modern.az-a danışan “Azəravtoyol” ASC-nin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, avtomobil yollarına vurulan boyalar sırf avtomobil yolları üçün nəzərdə tutulmuş boyalardı.

“Həmin boyaların tərkibində kimyəvi qatqılar var ki, boyanın sürüşkənliyinin qarşısını alır. Həmin boyalarda sürüşkənlik heç də normadan artıq deyil. Boyaların normal hava şəraitində sürüşkənliyi ümumiyyətlə olmur. Həmin boyalar asfalt, beton örtüyü ilə eyni səviyyədə olur. Təbii ki, yağış, qar yağarkən asfalt, beton örtüyündə sürüşkənlik necə artırsa, boyaların üzərində də eyni dərəcədə artıq”.

Saytların yığılması Saytlarin yigilmasi

A.Nəcəfli deyib ki, boyaların yenilənməsi müəyyən bir müddətsən sonra həyata keçirilir.
“Əsasən payız-qış mövsümündən sonra həmin boyalar yenidən rənglənməlidir. Çünki istər-istəməz yağış, qar yağarkən və üzərindən intensiv hərəkət olarkən boyaların rəngi solmağa başlayır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button