2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Yox” cavabı aldığına görə qıza 26 bıçaq vuran məhkəmə qarşısında

Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cu il təvəllüdlü Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 20-ə təyin edilib.

Qətl hadisəsi bu ilin yanvar ayında Sumqayıtın Corat qəsəbəsində baş verib. 24 yaşlı Səbinə Salayeva C.Ağayev tərəfindən 26 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə yerindən qaçan Cəfər Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Əvvəllərdə məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib: “Sevgimə cavab vermədi, öldürdüm”.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button