2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİqtisadiyyat

Yunanıstanda böhran başlaya bilər

Yunanıstan kreditorlarla hökümət arasında yaranan ölkənin borc odəmə qabiliyyətinin təmin edilməsi məsələsində anlaşmamazlıq yaranması səbəbindən yenidən siyasi və iqtisadi böhranla üzləşib.

24saat.org “Report”a istinadən bildirir ki, dekabrın 14-də avropalı kreditorlar durğunluq və işsizlikdən əziyyət çəkən Yunanıstana 45 mlrd. avro (47,7 mlrd. ABŞ dolları) həcmində kreditin verilməsindən imtina ediblər. Buna səbəb Yunanıstan hökümətinin pensiyaçılara birdəfəlik yardımın ödənilməsi təklifi olub.
Kredit tranşnın ləğv edilməsi Yunanıstanda yeni borc böhranının başlamasına səbəb ola bilər. Bu da öz növbəsində ölkənin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə xələl gətirə bilər.
Qeyd edək ki, ləğv olunan kredit tranşı bankların likvidliyinin artırılması üçün nəzərdə tutulub. Tranşın ləğvindən sonra Afina birjası 3% azalıb, Yunanıstan dövlətinin 10 illik istiqrazlarının gəlirliliyi isə 4% bahalaşıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button