2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zəngəzur dəhlizi Ermənistanın İranla əlaqələrini məhdudlaşdırmayacaq -Hikmət Hacıyev

Bakı/05.01.24/Turan: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün tarixi imkan var. Bunu Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev deyib. O, ötən ilə yekun vuraraq bildirib ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadirdir və tərəflər sülh müqaviləsi imzalaya bilərlər. “Hazırda biz sülh müqaviləsinin bağlanması üçün heç bir ciddi maneə görmürük. Əksinə, bu, son 30 ildə iki ölkə arasında münasibətlərdə ən sakit dövrdür. Bu yaxınlarda Sankt-Peterburqda Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüş də müsbət olub. Bununla belə, konkret qrafikdən danışmaq çətindir. Prosesi başa çatdırmaq üçün əlavə danışıqlar lazımdır”. Hər iki ölkə sərhədi demarkasiya etmədən və Zəngəzur dəhlizinin taleyini həll etmədən sülh sazişi bağlamağa hazırdırmı? Bu suala cavab verərək Hacıyev deyib ki, “sülh müqaviləsi sərhədin demarkasiyasına girov olmamalıdır”. Sülh müqaviləsi, sərhədlərin icrası və demarkasiyası ilə bağlı danışıqlar eyni vaxtda, lakin iki fərqli formatda aparılır. Noyabrda hər iki tərəf sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə birgə komissiyanın işini tənzimləmək barədə razılığa gəlib. 

Prezident Əliyev dekabrın 6-da Azərbaycandan Naxçıvana “asan gediş-gəlişi” təmin etməyə çağırıb. Heç bir “yoxlamalar və müdaxilələr” olmamalıdır. Hacıyev bildirib ki, bu, Azərbaycanın qanuni hüququdur və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistan Azərbaycanın hər iki hissəsi arasında maneəsiz nəqliyyat əlaqəsini təmin edəcəyinə söz verib. “Biz Ermənistan öz öhdəliklərini yerinə yetirməyini gözləmək niyyətində deyilik və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün bütün imkanlardan istifadə edəcəyik”, – o qeyd edib. “Aydındır ki, gömrük və sərhəd nəzarətindən imtina yalnız Azərbaycanın bir bölgəsindən digərinə daşınan mallara şamil edilir, üçüncü ölkələrə göndərilən mallara deyil”, – deyə Hacıyev davam edib. O, Ermənistnın yeni təşəbbüsü “Sülh kəsişməsi” adlanan nəqliyyat layihəsinə də mənfi qiymət verib. “Ermənistan Üçtərəfli Bəyannamənin öhdəliklərindən yayınmağa çalışır. Məqsəd Ermənistanın regionun açılmasına hazır oıdugu görüntüsü yaratmaqdır”, – Hacıyev bildirib. “Ermənistan dəmir yolu əlaqəsini bərpa etmək istədiyini bəyan etsə də, paralel avtomobil magistralın tikintisini rədd edir. Əvəzində bizə uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutu təklif olunur”. “Biz Ermənistan ərazisi ilə Naxçıvanla əlaqəni Ermənistanın suverenliyinə və İranla əlaqələrinə təhlükə hesab etmirik. 

Azərbaycandan Naxçıvana – Ermənistanın vasitəsilə – nəqliyyat əlaqələri Ermənistanın İranla ticarətinə təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Siyasi iradə olarsa, məqbul şərtləri hər zaman tapmaq olar. “Dəhliz” sözündə də qorxulu heç nə yoxdur; Bütün dünyada nəqliyyat marşrutları ilə bağlı istifadə olunur. Eynilə, bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etmir. Və eyni zamanda Ermənistanı iki yerə bölməyəcək. Bu cür eyhamlar bəzi Qərb mətbuatında aparılan genişmiqyaslı qarayaxma kampaniyasının nəticəsidir”, – deyə Hikmət Hacıyev bildirib. -0-

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button