2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zaqatalada 5 nəfər saxlanıb

Zaqatala rayonunda polis genişmiqyaslı əməliyyat keçirilib.

Zaqatala rayon Polis Şöbəsindən AzadlıqRadiosuna verilən xəbərə görə, əməliyyat nəticəsində 5 nəfər saxlanıb.

Əməliyyatın mayın 1-də baş verən partlayışla bağlı keçirildiyi söylənir.

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 1-i saat 07:30-da Zaqatala rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən, partlayış olmuşdu.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, sahə müvəkkili xəsarət alıb.

DİN hadisə ilə bağlı əlavə şərh vermir. Saxlananların yaxınlarının və ya vəkillərinin, hələlik, olaya mövqeyi bəlli deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button