2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zaxarova Suriya hökumətini müdafiə etdi

Rusya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında Suriya hökumətinin İdlibdə kimyəvi silah istifadə etdiyi istiqamətindəki iddiaları “yalan xəbər” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qərb mətbuatını kimyəvi silahlar məsələsində Bəşər Əsədi günahlandırmasını tələskənlik sayan Zaxarova İngiltərə, Fransa və ABŞ-ın Suriya hökuməti tərəfindən istifadə olunduğunu iddia etdikləri kimyəvi silah hücumuyla əlaqədar BMT Təhlükəsizlik Şurasına (BMTTŞ) sənəd təqdim edəcəklərini deyib. O, məlum qərar layihəsinin ”gerçək olmayan məlumatlara söykəndiyini”, buna görə də, onu dəstəkləməyəcəklərini söyləyib.

“İngiltərə, Fransa və ABŞ-ın hazırladığı qərar layihəsi ilə istintaq edilmədən bəziləri günahlandırılır. Moskva bu layihənin qəbul edilməsini bu mərhələdə lazım görmür” deyə Zaxarova bildirib.

BMT Təhlükəsizlik Şurasında bir layihənin qəbul edilə bilməsi üçün hər bir daimi üzvün (Çin, Rusiya, Fransa, İngiltərə və ABŞ) razılığı lazımdır.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button