Bizim tərcümə

Zelenski isə susdu… Acı etiraf: Ukraynanın taleyini o həll edəcək!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-14 14:25:45

class=”medianet-inline-adv”>

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir…

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də ölümlə davam edir.

Qərbin hərbi yardımı ilə meydanda əlini gücləndirən Ukrayna Zelenskinin sözlərindən sarsıldı.

Ukrayna lideri etiraf kimi açıqlama verib.

Əl-Cəzirədə yer alan xəbərə görə, Zelenski müharibədəki son vəziyyətlə bağlı verdiyi məlumatda Ukraynanın taleyini təyin edəcək cəbhəni açıqlayıb.

“Ukraynanın gələcəyi şərqdəki döyüş meydanlarından asılıdır” deyən Zelenski, rus qüvvələrinin Baxmut və şərqdəki digər şəhərlərdə dayandırılmasının lazım olduğunu vurğulayıb.

class=”medianet-inline-adv”>

Şərqdəki müharibəni “çox çətin, çox ağrılı” kimi şərh edən Ukrayna lideri “düşmənin hərbi gücünü məhv etməliyik və bunu edəcəyik” deyib.

“Mən indi müharibədə olan hər kəsə minnətdaram”, – deyən Zelenski, Baxmutun süqutunun Moskvanın Donetsk üzərində nəzarəti ələ keçirmək məqsədinə zəmin yaradacağını bildirib.

Zelenski isə susdu... Acı etiraf: Ukraynanın taleyini həll edəcək

MÜHARİBƏNİN MƏRKƏZİ BAZASI OLAN BAXMUTDA SON VƏZİYYƏT

Son həftələrdə müharibənin episentri olan Baxmut Ukraynanın şərqindəki “son qalası”dır.

Rusiyanın muzdlu “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojin Baxmutun şərq hissəsini tam nəzarətə götürdüklərini açıqladı, NATO isə Baxmutun qısa zamanda düşə biləcəyini bildirdi.

Bölgədə qarşıdurmalar bütün sürətlə davam edərkən, Ukrayna Baxmutu son gücünə qədər müdafiə edəcəyini və şəhərin qala kimi müdafiə olunduğunu bəyan etdi.

BU VİDEO MARAQLI OLA BİLƏR

Rusiya Kramatorskı raketlə vurdu: 1 ölü, 3 yaralı

daha çox videolar üçünRusiya Kramatorskı raketlə vurdu: 1 ölü, 3 yaralı

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button