2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ziya Məmmədovun qardaşı oğlu məşhur idmançını həbs etdirdi

Bir müddət əvvəl dələduzluqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən tanımış idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun cinayət işində zərərçəkmiş şəxs məlum olub.

24saat.org  Lent.az-a istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxs sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.
Məlumatda bildirilir ki, Elnur Məmmədov  Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manatlıq dələduzluq əməli törətdiyini bildirib.
Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button