Dünya
Ərdoğandan döyülən modelyerlə bağlı AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan modelyer Barbaros Şansalın sərnişinlər tərəfindən döyülməsinə münasibət bildirib.
Prezident sarayında çıxışı zamanı Atatürk Hava Limanında hücuma məruz qalan modelyerlə bağlı məsələyə üstüörtülü münasibət bildirən Ərdoğan bunları deyib:
“Türkiyə bir hüquq dövlətidir. Kiminsə cəzalandırılması yalnız qanun çərçivəsində aparıla bilər. Heç kəs bunu küçənin ortasında istədiyi şəkildə edə bilməz”.
Qeyd edək ki, cinsi azlıq nümayəndəsi olan Barbaros sosial şəbəkə hesabında Türkiyədə baş verənləri sərt şəkildə tənqid etdiyi üçün Şimali Kipr Türk Cümhuriyyətindən deportasiya edilib. Atatürk Hava Limanında saxlanılan model sərnişinlər tərəfindən döyülüb.