2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Köhnələr” YAP-dan təmizlənir – Daha bir neçə rayon təşkilatının sədri postunu itirə bilər

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovla bağlı qalmaqal hakim partiyanı yenidən diqqət mərkəzinə gətirib. 24saat.org xəbər verir ki, artıq YAP daxilində təşkilata yenidən baxılması müzakirə mövzusudur.

Hakimiyyət islahatlar kampaniyasına başlayanda bəzi YAP-çılar hakim partiyada da dəyişikliklərin edilməsini zəruri sayırdı. Bu sırda partiyanın qurucu üzvü, Naftalan şəhərinin keçmiş icra başçısı Musa Musayevin adını xüsusi qeyd etmək olar. O, YAP-da islahatların aparılmasını partiyanın rəhbər strukturlarında təmsil olunan bəzi şəxslərin öz əməlləri ilə həm hakimiyyəti, həm də mərhum Heydər Əliyevin qurduğu təşkilatın nüfuzuna zərbə vurmaları ilə izah edirdi.

2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində islahatlar nəticəsində hakim komandada yer alan və şərti olaraq “yenilər” adlandırılan qrupun partiyaya məğlub olması təxminən 1 il sonra hakim partiyada qurultayın keçirilməsinə səbəb oldu. Bununla belə, YAP-ı islahatlara qarşı olan, mühafizəkar, tayfa maraqlarından çıxış edən və “köhnələr” adlandırılan qrupdan tam təmizləmək mümkün olmadı.
Ramiz Göyüşovla bağlı hadisədən sonra isə belə mülahizələr irəli sürülüb ki, hakim partiyanı “köhnələr”dən təmizləmək yeni mərhələyə start verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu mülahizələrin nə qədər əsaslı olduğunu söyləmək çətindir. Lakin Ramiz Göyüşovla bağlı qalmaqalın məhz onun “vurulma planı”nın tərkib hissəsi olduğu aydın görünür. Ramiz Göyüşov “köhnələr”ə yaxın kadr hesab olunur.
Ondan əvvəl YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov pxşar üsulla postundan kənarlaşdırılmışdı.

Hər iki şəxslə bağlı qalmaqalı daha çox hakimiyyətin nəzarətində olan media qurumlarının ictimailəşdirməsi baş verənlərin heç də təsadüfi şantaj olayı olmadığına, sadəcə bu adamların bitirilməsinə hesablandığına şübhələri artırır.

Belə məlumatlar səsləndirilir ki, yaxın vaxtlarda başqa rayon təşkilatları da bu və ya digər şəkildə vəzifələrindən uzaqlaşdırılacaq. Məsələn, artıq sosial şəbəkələrdə hakim partiyanın Xaçmaz rayon təşkilatının sədri, adıçəkilən rayonun keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin də oxşar “sürprizlə” qarşılacağı barədə məlumatlar yayılır.

Bəzi iddialara görə isə hakimiyyətin zirvəsində ümumiyyətlə YAP-ı ləğv edərək onun bazasında yeni iqtidar partiyasının qurulması müzakirə olunur. Lakin bu bir qədər inandırıcı görünmür. Çünki YAP mərhum Heydər Əliyev qurub. 1992-ci ildən 2003-cü ilə qədər partiyanın əvəzolunmaz lideri olub. İndi onun qurduğu partiyanın ləğv ediləcəyini düşünmək sadəlövhlük olardı. Lakin YAP-ın “update” ediləcəyi şübhəsizdir.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button