Siyasət

Ərdoğan Yerevandan müsbət siqnalların gəldiyini bildirib

Bakı/24.09.21 Bir neçə ölkənin platforması çərçivəsində regional əməkdaşlıq ideyası ilə bağlı Ermənistandan müsbət siqnallar gəlir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nyu-Yorka Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasına səfəri başa çatdıqdan sonra jurnalistlərə bildirib.

“Biz əməkdaşlıqla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan müsbət siqnallar alırıq, həmçinin müəyyən addımlar atmağı planlaşdırırıq”, – o bildirib.

Ərdoğanın sözlərinə görə, ayın sonunda Soçidə Rusiya prezidenti ilə görüşdə bu mövzunu müzakirə etməyi planlaşdırır.

Xatırladaq ki, Ərdoğan “Altılıq platforması” ideyasını İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra irəli sürüb. Platforma üç Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Gürcüstan və Ermənistanın öz qonşuları Türkiyə, Rusiya və İranla iqtisadi, siyasi əməkdaşlığını nəzərdə tutur. Gürcüstandan başqa digər ölkələr təklifi dəstəkləyiblər. Gürcüstan onun ərazilərini işğal etmiş Rusiya ilə əməkdaşlığın mümkün olmadığını bildirib-02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button