2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ərdoğanla Putin Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Prezidentlərin telefon danışığında Suriyadakı problemlər də mövzu olub

Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə telefonla danışıb. “Haber Global” Cümhurbaşqanlığına istinadən yazır ki, prezidentlər regional məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi, həmçinin Türkiyə-Rusiya münasibətlərini müzakirə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Prezident Ərdoğan görüş zamanı Rusiya ilə Ukrayna arasında sülh zəmininin tezliklə bərpası ilə müharibənin mənfi təsirlərini minimuma endirəcək və etimadı artıracaq addımlara ehtiyac olduğunu bildirib”, – rəsmi məlumatda deyilir.

Prezident Ərdoğan, hər iki tərəf prinsipcə razılaşarsa, İstanbulda Rusiya, Ukrayna və BMT ilə görüşməyə və mümkün müşahidə mexanizmində rol oynamağa hazır olduqlarını ifadə edib.

Məlumatda deyilir ki, prezident Ərdoğan terror təşkilatı kimi tanınan PKK/YPG-nin Suriyada Türkiyəyə və Suriya vətəndaşlarına qarşı hücumları davam etdirməsinə diqqət çəkib. Prezident 2011-ci ildə imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr uzaqlıqda terrordan təmizlənmiş zonanın yaradılmasının mümkün olmadığını söyləyib. O, bu ərazilərin təhlükəsiz hala gətirilməsinin bir zərurət olduğunu ifadə edib.

Kremldən Ərdoğan-Putin görüşü ilə bağlı verilən yazılı açıqlamada iki lider arasında telefon danışığının əsas gündəminin Ukraynadakı vəziyyət olduğu vurğulanıb, xüsusilə ikitərəfli əməkdaşlıq, ticarət-iqtisadi sahədə.

Bəyanatda həmçinin vurğulanıb ki, Putin və Ərdoğan enerji, nəqliyyat və turizm sahələrində də daxil olmaqla, qarşılıqlı faydalı əlaqələrin daha da gücləndirilməsi kontekstində təmasları davam etdirmək barədə razılığa gəliblər.

Ukraynadakı vəziyyətin də əlavə edildiyi iclasda Qara dəniz və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi, mina təhlükəsinin aradan qaldırılması məsələlərinin vurğulandığı bildirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button